ABŞ-ın hərbi təyyarələri havada toqquşdu
    • 6-12-2018, 11:45
    • 840

ABŞ-ın hərbi təyyarələri havada toqquşdu

ABŞ Dəniz Piyada Qüvvələrinə məxsus iki hərbi təyyarə Japonya yaxınlığında səmada toqquşub.

News24.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dəniz Piyadaları komandanlığı yayıb.

Məlumata görə, Yaponiyanın İvakuni Dəniz Piyadaları Hərbi-Hava Qüvvələri Bazasından uçan KC-130 tipli döyüş təyyarəsi F/A-18 tipli döyüş təyyarəsinin təlim uçuşu zamanı toqquşub.

Hadisə dekabrın 6-da saat 02.00-da (Yaponiya saatı ilə) Yaponiya sahillərdinən 200 mil məsafədə baş verib və hazırda ABŞ Dəniz Piyadalarına məxsus təyyarələrinin axtarış xilasetmə işləri davam edir.

Qəzada yaralanan bir ekipaj üzvü Yaponiya Dəniz Müdafiə Qüvvələri tərəfindən xilas edilib.
Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.