MOSSAD Türkiyədə əcnəbiləri belə izləyir - Şok detallar
    • 3-07-2023, 10:58
    • 276

MOSSAD Türkiyədə əcnəbiləri belə izləyir - Şok detallar

İsrailin Milli Kəşfiyyat Xidməti MOSSAD-ın agentləri məlumat üçün Türkiyədə əcnəbilərin hərəkətini izləyir.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.

“Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Yaxın Şərqdən məsul olan 10 fərqli qrupdan ibarət əks-kəşfiyyat sahəsi agentləri, MOSSAD-ın GPS cihazlarından istifadə edərək nəqliyyat vasitələrini izləyərək Türkiyədə yaşayan əcnəbilər haqqında kəşfiyyat məlumatı əldə etmək üçün uzaqdan onlayn marşrutlaşdırma texnikasından istifadə etdiyini müəyyən ediblər. Onlar cihazların Wi-Fi ünvanlarının müəyyən edilməsi, parollarının sındırılması və yaşayış ünvanlarının müəyyən edilməsini həyata keçiriblər”, - telekanal bildirir.

Qrupun Türkiyədəki üzvləri ilə xaricdən bütün əlaqələrin İspaniya, İngiltərə, Almaniya, İsveç, Malayziya, İndoneziya və Belçikadakı namizədlərə məxsus yüzlərlə birdəfəlik internet məlumat xətləri vasitəsilə olduğu təsbit edilib.

Akqabay