ABŞ çox sayda məxfi sənədləri internetə sızdıran şəxsi axtarır
    • 10-04-2023, 10:57
    • 226

ABŞ çox sayda məxfi sənədləri internetə sızdıran şəxsi axtarır

Ukraynanın hava hücumundan müdafiə sistemləri və İsrailin xarici kəşfiyyat xidməti “Mossad” da daxil olmaqla bir çox məxfi məlumatları ehtiva edən sənədlərin ABŞ-də olacağı iddia edilir. 

News24.az xəbər verir ki, rəsmilər bildirirlər ki, Ukrayna müharibəsi, Çin, Yaxın Şərq və Afrika ilə bağlı məlumatların yer aldığı sənədlərdəki mövzuların genişliyi onun bir amerikalı tərəfindən sızdırılmış ola biləcəyinə dəlalət edir.

ABŞ rəsmiləri istintaqın hələ başlanğıc mərhələsində olduğunu və təhqiqatı aparanların sızmanın arxasında Rusiyanı dəstəkləyənlərin olması ehtimalını istisna etmədiklərini bildiriblər.