Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - Bina sakinləri təxliyə olundu
    • 5-08-2019, 10:11
    • 1 354

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın - Bina sakinləri təxliyə olundu

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. 

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında şaxta boyunca kommunikasiya xətləri və elektrik naqilləri 42 p.m yanıb. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.