Xalq artisti Ənvər Həsənovun vəziyyəti açıqlandı
    • 3-07-2023, 14:34
    • 178

Xalq artisti Ənvər Həsənovun vəziyyəti açıqlandı

Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş var.

News24.az xəbər verir ki, bu barədə APA-ya aktyorun qızı Aytən Həsənova məlumat verib.

“Şükür, əvvəlki vaxtlara baxanda irəliləyiş hiss olunur. İndi bir az ayaqlarında ağrı və yuxu problemi var. Amma ümumi səhhətində yaxşılaşma hiss olunur”, - o əlavə edib.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmiş, bir müddət müalicədən aldıqdan sonra öz istəyi ilə evə buraxılmışdı.

Həmçinin Mədəniyyət Nazirliyi APA-ya aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə məlumat vermişdi.