-
- 3-07-2023, 15:07
- 260
NATO-ya üzvlük İsveç üçün boş xəyaldır - Kurtulmuş
İsveçin NATO-ya daxil olması Ankaranın tələblərini yerinə yetirməkdən boyun qaçıran Stokholmun reallaşmayan arzusudur.
News24.az xəbər verir ki, bunu “Milliyet” qəzetinə müsahibəsində Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.
“Türkiyə, İsveç və Finlandiya arasında üçlü saziş var. Onlar təxribat xarakterli hərəkətlər edəcək və NATO-ya üzv olmaq üçün icazə istəyəcəklər. Türkiyə sözdən məsul olan bir ölkədir. Nə deyirsə, nə vəd edirsə, yerinə yetirir, amma biz həm də rəqiblərimizin sözünün üstündə durmasını istəyirik. Verdiyi vədlərə əməl etməyən İsveç üçün NATO-ya üzvlük gözləmək sadəcə xəyaldır”, - deyə parlament sədri vurğulayıb.
Kurtulmuş qeyd edib ki, terror təşkilatlarını dəstəkləyən və onlara sığınacaq verən İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı Türkiyə güclü təzyiq altındadır: “Türkiyə tələb etdiyi həyata keçməyincə bu məsələdə addım atmayacaq”.
Akqabay