Bakıda itkin düşən 5 yaşlı uşaq tapılıb
    • 27-02-2019, 11:13
    • 673

Bakıda itkin düşən 5 yaşlı uşaq tapılıb

DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 26-da 5 yaşlı oğlunun itkin düşdüyünü bildirib. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 

Uşaq həmin gün saat 13 radələrində DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilmişdir.