-
- 3-07-2023, 15:24
- 326
İnternetin sürəti niyə aşağıdır? – Rəsmi açıqlama
Ölkə ərazisində verilən internetin sürəti qənaətbəxş deyil. Demək olar ki, bütün bölgələrdə internet təchizatında oxşar problemlər yaşanır. İstifadəçilər zəif “Wi-Fi” bağlantısından, internet keyfiyyətinin və sürətinin aşağı olmasından, eləcə də qırılmalardan şikayətçidir.
News24.az xəbər verir ki, teleqraf.com məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Aztelekom MMC-yə sorğu ünvanlayıb.
Qurumun Kommersiya departamenti, İctimaiyyətlə əlaqələr üzrə menecer Alidə Mustafayeva bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir: “Bu günə qədər layihə çərçivəsində 1 milyondan çox ev təsərrüfatı GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə əhatə edilib. Bu da Azərbaycanın təxminən 42 faiz ev təsərrüfatını əhatə edir. Burada əsas məqsəd dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir.
Hazırda 50 rayon və şəhərdə işlər davam etdirilir və planlı şəkildə bütün rayonlar əhatə ediləcək. Layihə çərçivəsində görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır”.
Gbit/s internet test olunurdu. Nəticələri haqda məlumat verməyinizi xahiş edərdik. Maraqlıdır, nə zaman bazara çıxacaq və istehlakçılar necə faydalana biləcək?
Qurum rəsmisinin sözlərinə görə, “Aztelekom” və “Baktelecom” tərəfindən rəqəmsal xidmətlər, müştəri təcrübəsinin təkmilləşdirilməsi və innovasiyaların təşviq edilməsi üçün gələcəkdə yeni internet paketlərinin təqdim edilməsi nəzərdə tutulub: “Ən qısa zamanda abunəçilərə daha sürətli internet paketlərinin təqdim olunması gözlənilir.
Onu da qeyd edək ki, əhalinin yüksəksürətli internetə çıxışının təmin edilməsi məqsədilə bu yaxınlarda “Baktelecom” dünyanın qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıqda uğurlu nəticə göstərib. Belə ki, “Bakı Telefon Rabitəsi” MMC test şəraitində Azərbaycanda ilk dəfə olaraq 1 Gbit/s sürət həddini əldə etməyə nail olub. Bununla bağlı yeni internet paketi tariflərinin təqdim edilməsi nəzərdə tutulur.
Ölkəmizdə rəqəmsal dayanıqlılığın gücləndirilməsi və internetin keyfiyyətinin yaxşılaşdırılması “Aztelekom” və “Baktelecom”un əsas prioritetlərindəndir. Bu, ölkəmizin beynəlxalq reytinqlərdəki göstəricisinə də öz təsirini göstərir. Belə ki, “Speedtest Global Index”də 2022-ci ilin may ayının ümumi göstəricisinə görə, Azərbaycanda internetin orta sürəti 21.01 mbit/s idisə, cari ilin müvafiq dövründə 29.14 mbit/s sürətə çatıb. Hesablamalardan da görünür ki, ölkəmizdə ötən ilin və bu ilin eyni vaxt nisbətində internetin sürətində 40%-dək artım müşahidə edilib.
Bu gün isə “Aztelekom” və “Baktelecom” tərəfindən abunəçilərə bir neçə tarif paketi təklif olunur. Abunəçilər özləri sürəti seçmə hüququna sahibdirlər”.
Alidə Mustafayeva deyir ki, hazırda internet xidmətinin təminatı istiqamətində kütləvi nasazlıq müşahidə olunmur: “Ümumiyyətlə, şəbəkə daim nəzarətdə saxlanılır. Əgər hər hansı bir dəyişiklik qeydə alınarsa, yaxud müraciət daxil olarsa, mütəxəssislər mövcud vəziyyətin araşdırılması istiqamətində işə başlayırlar.
Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır.
Texniki problemlərlə qarşılaşdıqları halda “Aztelekom” abunəçilərindən “170”, “Baktelecom” abunəçilərindən “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur”.
Müsahibimiz işğaldan azad olunmuş ərazilərdə ev təsərrüfatlarının internetə çıxış imkanın təşkilindən də danışıb: “Hazırda “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşı olan “Aztelekom” işğaldan azad olunmuş bütün ərazilərə 1000 km magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi prosesini sürətli şəkildə davam etdirir. Xidmətlərin konkret ünvanlara təhvil verilməsi isə tələbata uyğun olaraq planlı şəkildə icra edilir.
Ağdam, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Laçın, eləcə də işğaldan azad olunan digər şəhər və rayonlarda, kəndlərdə telekommunikasiya xidmətlərinin bərpası istiqamətində ilkin sxemin hazırlanması, texniki şərtlərin yaradılması, kabellərin çəkilməsi işləri planlı şəkildə həyata keçirilir.
Bütün bunlar işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsidir və regionun inkişafına mühüm töhfə verəcək”.