Ötən il 8000 tələbə xaric olunub - STATİSTİKA
    • 3-07-2023, 18:43
    • 174

Ötən il 8000 tələbə xaric olunub - STATİSTİKA

2022-ci ildə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı açıqlanıb.

News24.az
xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində məlumat verilib.

Ötən il təhsil müəssisəsindən xaric edilən tələbələrin sayı 7855 olub. Onlardan 4280-i bakalavriat, 946-sı magistratura, 1409-u tam orta, 1220-si isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.