6 ay ərzində Azərbaycanla müharibə ehtimalı… – Petrosyan çağırış etdi
    • 12-05-2024, 11:42
    • 332

6 ay ərzində Azərbaycanla müharibə ehtimalı… – Petrosyan çağırış etdi


“Regionda yeni müharibə riski ilə bağlı deyilənlər təkcə manipulyasiya deyil, həm də yalandır”.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri Ermənistan Dövlət Komitəsinin daşınmaz əmlak kadastrının keçmiş sədri Sərhat Petrosyan deyib.

Onun sözlərinə görə, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə qədər hər hansı gərginlik ehtimalı sıfırdır.

Petrosyan Azərbaycanla sərhəddə sabitlik olmasından istifadə edərək Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmağın mümkünlüyündən danışıb. O, əhalini yeni savaş ehtimalına görə təşvişə düşməməyə, mübarizə aparmağa çağırıb.

Qeyd edək ki, Bakı və İrəvan arasında sülh danışıqları instensivləşib. Hər iki tərəf hərb planının olmadığını bəyan edib, paralel olaraq delimitasiya prosesinə start verib. Regionda sabitliyin olmasını istəməyən qüvvələr Ermənistanda hakimiyyət dəyişikliyinə nail olaraq Azərbaycanla sülhə mane olmağa çalışır.