-
- 14-03-2023, 17:21
- 376
"Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində təmaslar davam etdirilir" - Prezident
Sülh müqaviləsinin imzalanmasının təşəbbüskarı Azərbaycandır, bu məqsədlə Azərbaycan tərəfindən 5 prinsip irəli sürülüb.
News24.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşdə bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Şarl Mişelin təşəbbüsü ilə başladılmış Brüssel gündəliyinə sadiqliyini bir daha ifadə edib. Qeyd olunub ki, Brüssel platforması əsasında qəbul edilmiş bəyanatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının əsasını təşkil edir.