Azərbaycan ABŞ-ı təbrik etdi
    • 4-07-2023, 15:10
    • 174

Azərbaycan ABŞ-ı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.

“4 iyul - Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə ABŞ hökumətini və xalqını səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı bildiririk! Biz ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid edirik”, - paylaşımda qeyd olunub.