Bakıda qəbiristanlıqda məktəblilər arasında KÜTLƏVİ DAVA
    • 5-07-2023, 12:23
    • 472

Bakıda qəbiristanlıqda məktəblilər arasında KÜTLƏVİ DAVA

Bakı şəhər Xəzər rayonu ərazisində məktəbli oğlanı oğlanı bıçaqlayan 17 yaşlı Nizami Buludov (soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.

News24.az
əldə etdiyi məlumata görə, Xəzər rayonu Buzovna qəsəbəsi 26 saylı orta məktəbin şagirdi Nihad Əliyevi bıçaqlayan Nizami Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, təqsirləndirilən şəxs Buzovnada yerləşən Laçın rayon Təhsil şöbəsinin Ələsgər İsaxanov adına Quşçu kənd tam orta məktəbinin şagirdi olub.

O, həm də Kikboksinq və Kinq-Fu idman növləri ilə müntəzəm məşğul imiş. Dəfələrlə öz çəki dairəsində müxtəlif səviyyəli yarışlarda iştirak edib və qalib olub.

Həmin hadisədən əvvəl onunla eyni məktəbdə oxuyan Kamal küçədə 26 nömrəli məktəbin şagirdi olan bir oğlanla mübahisəsi düşdüyününü, ona nömrəsini verdiyini və zəngləşib görüşəcəklərini deyib.

Bundan sonra Kamal, Nizami və daha 2 dostu, eləcə də, qarşı tərəfdən 10 məktəbli Buzovna ərazisində görüşüblər. Görüş zamanı məlum olub ki, Kamal küçədə qızla gedərkən başqa məktəbin şagirdi ona kinayə edib. Bu zaman Nizami özünü Kamalın böyüyü kimi təqdim edərək məsələni aydınlaşdırmağa və ortadakı gərginliyi aradan qaldırmağa çalışıb. Lakin bu zaman yaranan mübahisə münaqişəyə çevrilib.

Daha sonra yeniyetmələr küçədəkilərin görməməsi üçün qəsəbə qəbiristanlığına gedərək münasibətləri orda aydınlaşdırmağa qərar veriblər. Beləcə, qəbristanlıqda 15-ə yaxın şəxs arasında dava-dalaş olub. Nəticədə Nizami ona vurmağa çalışan Nihad adlı məktəblini bıçaqlayıb. Nihadın qan içində qaldığını gördükdə hamısı ordan uzaqlaşıblar.

Məhkəmədə Nizami peşəkar idmançı olduğunu deyib, həmçinin anasını onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirərək yüngül cəzaya məhkum edilməsini xahiş edib.

Xəzər Rayon Məhkəməsində hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçirilən prosesin yekununda Nizamiyə 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Taleh Bağırov