Bakıda məktəb yoldaşını bıçaqlayan şagirdə bu cəza verildi
    • 10-02-2023, 12:28
    • 378

Bakıda məktəb yoldaşını bıçaqlayan şagirdə bu cəza verildi

Bakıda məktəbin qarşısında şagirdi bıçaqlayan 2005-ci il təvəllüdlü Şamil Əliyevə hökm oxunub.

News24.az-ın əldə etdiyi məlumata görə, 11-ci sinif şagirdi olan Ş.Əliyev Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, ötən il mayın 17-də Şamil Nizami rayonu Əzim Əzimzadə küçəsində 214 nömrəli məktəbin qarşısında 11-ci sinif şagirdi olan İbrahimlə Şamil mübahisə edib və bu zaman onlar dalaşıblar. Şamil daha sonra söyüş söyərək İbrahimin getməməsini və onu gözləməsini deyib uzaqlaşıb. 5-6 dəqiqə sonra üzərində bıçaqla geri qayıdan şagird İbrahimə zərbə endirib.

O, hadisədən sonra qaçsa, da həbs edilib.

Həbsdə olan şagirdin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılıb. Məhkəmənin 3 fevral 2023-cü il tarixli hökmü ilə Şamilə 6 il həbs cəzası verilib. Onun cəzasını yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi bildirilib.

Taleh BAĞIROV