ETSN-in regional idarəsinin rəhbəri dəyişib
    • 5-07-2023, 14:20
    • 194

ETSN-in regional idarəsinin rəhbəri dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbəri dəyişib.

News24.az-ın məlumatına görə, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.

Əmrə əsasən, 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Şakir Məcid oğlu Quliyev tutduğu vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə həmin vəzifə Ceyhun Həsən oğlu Hüseynova həvalə olunub.