Bu bürclərdən olan xanımlar hansı kişilərdən  qorunmalıdır? - FOTO
    • 27-02-2019, 14:17
    • 1 515

Bu bürclərdən olan xanımlar hansı kişilərdən qorunmalıdır? - FOTO

“Bu məmin tipimdir” deyib, bir müddət sonra ayrıldıqları üçün ağlayan xanımlara yəqin, çoxları rast gəlib. 

News24.az bürclərə görə xanımların hansı tip kişilərdən uzaq durmaları barədə məlumatı təqdim edir:

Qoç:
Bezdirici insandan qaçmaq lazımdır. Hər birinizin günün 24 saatı, həftənin 7 günü sizinlə vaxt keçirmək istəyən, mesajlara gec cavab verdiyinizdə əsəb gərginliyi geçirən tanışlarınız var. Bu tip kişilərin özügüvəni yoxdur və onun davranışları sizi qıcıqlandıracaq. 
Şəxsi maraqlarınıza hörmət etməyən biri ilə hansısa münasibətdən danışmağa dəyməz. 

Buğa:
Onlara sizinlə xoş vaxt keçirmək lazım deyil. Misal üçün, piknikə getmək, velosiped sürmək onu maraqlandırmır. Əgər münasibətdə özünüzü şəhzadə kimi hiss etmirsinizsə, o zaman bu şəxs sizi xoşbəxt edə bilməz. Bu səbəbdən də hər şeydən narazı qalan birinə vaxt ayırmaqdansa, öz xasiyyətinizə uyğun birini tapın.

Əkizlər:
Kişi sizin bütün kaprizlərinizi yerinə yetirir? Bu ancaq ilk günlər maraqlı ola bilər. Əgər əsk cinsin münayəndəsi bütün hərəkətlərinizə göz yümürsa, münasibətinizin möhkəmliyini sınamaqdan bezəcəksiniz.
Sizə uyğun olan biri sizi xəyallardan gerçəkliyə qaytaracaq şəxsdir. 

Xərçəng:
Pişik balasını elə tərbiyə etmək olar ki, evdə sakit, çöldə isə yanındakını qoruya bilsin. 
Ancaq pis insanlarla bunu etmək mümkün deyil. Sizi onun təhlükəli olması və xoş söz deməsi cəlb edir. 
Lakin onun sizə görə xasiyyətini dəyişməsi mümkün deyil. Bu tip insan sizə ancaq ağrı verəcək. Ondansa sizə layiqincə dəyər verən birini tapın.

Şir:
Sizi idarə edə biləcək biri ilə xoşbəxt münasibət qurmaq çətindir. Siz qürurlu şirsiniz və yanınızda sizə bənzəyən birinin olmasına heç vaxt razı olmazsınız. Evdə yalnız bir nəfər  göstəriş verə bilər. Yanınızda sizə hər anlamda dəstək olacaq, eyni zamanda da rəhbərliyiniz altında yaşayacaq biri lazımdır.

Qız:
Sizi bir gecəlik münasibət maraqlandırmır. Ona görə də bu tip insanlardan uzaq gəzməlisiniz. Bu tiplər xəbər vermədən bir anda yoxa çıxa bilərlər. 

Tərəzi:
Siz məsuliyyətli birisiniz. Buna görə də verdiyi sözləri tutmayan şəxs sizə uyğun deyil. Sizə özgüvən lazımdır. Münasibətdə siz əlinizdən gələn qədər əmək sərf etdiyiniz üçün qarşı tərəf də sizə eynisi ilə cavab verməlidir. 

Əqrəb:
Əsəbi olduğunuzu və bir anda özünüzdən çıxa biləcəyinizi etiraf etmək yerinə düşər. Sentimental biri ilə münasibət qurmaq sizlik deyil. Axtardığınız şəxsin mütləqdir ki, güclü əsəb sistemi olsun və sizin bütün kaprizlərinizə dözsün. 

Oxatan:
Yeni tanış olmusunuz və artıq ailə qurmaq haqda düşünürsünüz? O zaman bilin ki, qərar verməkdə çətinlik çəkən və hər zaman atmacalı sözlərlə danışan kişi sizlik deyil. 

Oğlaq:
Kişidə ən çox dəyər verdiyiniz ağıldır. Çünki sizin intellektual səviyyəniz yetəri qədər yüksəkdir. Yazını səhvlərlə yazan, məsələn, Avstriya ilə Avstraliyanı səhv salan biri sizə lazım deyil.

Dolça:
Əgər sevgilinizin ən çox istifadə etdiyi ifadə “İnsanlar nə deyər”dirsə, o zaman sizə onunla vaxt keçirmək maraqsız olacaq. Mahnı oxuyarkən, rəqs edərkən, yüksəkdən gülərkən sizə etirazını bildirirsə, nə siz nə də o xoşbəxt olmayacaqsınız. 

Balıq:
Sevdiyiniz şəxs içki içdikdən sonra sizinlə söhbət və ya rəqs edirsə o zaman o, sizlik biri deyil. Sizə alkoqol üzərində qurulan səmimiyyət lazım deyil. 

Hazırladı: Teymur MƏMMƏDOV