"İlham Əliyev Fransanın real simasını növbəti dəfə ifşa etdi" - Şərh
    • 5-07-2023, 17:36
    • 293

"İlham Əliyev Fransanın real simasını növbəti dəfə ifşa etdi" - Şərh

"Cənab Prezident Qoşulmama Hərəkatının Bakı iclasında Fransanın real simasını növbəti dəfə ifşa etdi. Fransa uzun illər ərzində insan haqlarını heçə saymağa davam etdi və qəddar, qəbuledilməz, qeyri-insani siyasətinin nəticələrini biz tarix boyu gördük. Bu gün də Fransa həmin o faşist zehniyyətini davam etdirir. Əlcazair müsəlmanlarına qarşı Fransanın törətdiyi qətliamlara görə beynəlxalq hüquq sistemində cavab verməməsi, eyni zamanda Əlcazirdən başqa, bütün Afrika coğrafiyasında-Ruanda və digər ölkələrdə bir sıra cinayətlərdə Fransanın əlinin olması tarixi sübuta yetirilmiş faktlardan biridir. Bu gün Almaniya öz faşist siyasətinə görə dünya qarşısında cavabdehlik daşıyarkən, Fransa tarix boyu heç bir cinayətinə görə məsuliyyətə cəlb edilməyib".

Bu fikirləri News24.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılovun fikrincə, bu gün Fransada irqçilik və rasizm, eyni zamanda etnik dözümsüzlük ən üst səviyyəyə çatıb: "Sorğuların nəticələrinə görə, cəmiyyət içərisində bu eyforiyanın güclü olmağının ən böyük səbəblərindən biri Fransanın radikal faşist-siyasi qüvvələridir. Bu gün Fransada Marine Le Penin rəhbərliyi altında olan əsas müxalifət partiyasından Emmanuel Makronun hakimiyyətinə qədər hər yerdə faşizm elementləri hiss olunur. Makronun hakimiyyətə gəlişindən sonra Fransada bu vəziyyət daha da pik həddə çatdı".

Politoloq vurğulayıb ki, 17 yaşlı Əlcəzair əsilli gəncin etnik nifrət və dözümsüzlük konteksində öldürülməsi böyük bir siyasi ayıbdır: "Amma təəssüflər olsun ki, bəzən Fransanın və erməni lobbisinin siyasi quberniyasına çevirilmiş Avropa parlamenti, AŞPA kimi qurumlar Fransanın bu qeyri-insani addımlarına lazımi reaksiyanı vermir. Buna görə də mən hesab edirəm ki, dünyadakı bütün QHT-lər və vətəndaş fəalları, həmçinin media nümayəndələri bu prossesdə aktiv olmalı, Fransanın bu misilsiz cinayətlərinə qarşı beynəlxalq miqyasda kampaniyaları daha fəal aparmalıdırlar".

Məhərrəm Əliyev