Fransa səfiri İncəsənət Muzeyinin direktoruna ORDEN TƏQDİM ETDİ
    • 11-10-2019, 15:11
    • 900

Fransa səfiri İncəsənət Muzeyinin direktoruna ORDEN TƏQDİM ETDİ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Mədəniyyət Naziri cənab Frank Riester adından, İncəsənət və Filologiya Kavaleri ordenini İncəsənət Muzeyinin direktoru cənab Çingiz Fərzəliyevə təqdim edib.

News24.az xəbər verir ki, tədbir oktyabrın 10-da Fransa səfirliyinin igamətğahında dünya şöhrətli mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilib.

Bu fəxri mükafatla, Fransa cənab Fərzəliyev-ə incəsənət naminə göstərdiyi işə görə təşəkkür edir və son illər ərzində Azərbaycanda Fransanın mədəniyyətinin ciçəklənməsi naminə fəaliyyətinə görə minnətdarlığını bildirib.

Cənab Fərzəliyev bir sıra nüfuzlu sərgilərin təşkilatçılarından biri olub: "Fransa Inciləri" 2012-ci ildə Fransanın Milli Muzeylər təşkilatı ilə birlikdə sabiq mədəniyyət naziri Frederik Mitteranın iştirakı ilə açılmışdır, 2017-ci ildə "Fransa İncəsənəti, Milli İncəsənət Muzeyinin kolleksiyaları" və 2019-cu ilin yayında isə "Fransa-Azərbaycan arxeoloji qazıntılarının on illiyi" baş tutub.

Cənab Fərzəliyev şərəf hissi keçirdiyini bildirib və incəsənətin çiçəklənməsinə verdiyi töhfələrə görə Fransaya təşəkkür edib.