Qərb yeni enerji təhlükəsi barədə xəbərdarlıq edib
    • 5-07-2023, 21:36
    • 155

Qərb yeni enerji təhlükəsi barədə xəbərdarlıq edib

Qərb ölkələrində qarşıdan gələn qış mövsümündə enerji qiymətləri kəskin arta bilər, çünki Çinin iqtisadiyyatının bərpası sürətlənə bilər. Bundan əlavə, qış əvvəlkindən şiddətli və soyuq ola bilər.

News24.az "Haber7"ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) direktoru Fatih Birol bildirib.

"Çin iqtisadiyyatının sürətlə bərpası və sərt qış şəraitində təbii qazın qiyməti qalxa bilər ki, bu da istehlakçıları çətin vəziyyətə salacaq", - Birol deyib.

Bu şəraitdə hökumətlər qiymət artımından əziyyət çəkə biləcək ev təsərrüfatlarına dəstək verməli olacaqlar. Ona görə də hazırda enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinə diqqət yetirmək çox vacibdir.