Ermənistanda vəziyyət gərginləşir - “Köçəryan iqtidara gəlsə, Zəngəzur...”
    • 10-05-2024, 19:11
    • 317

Ermənistanda vəziyyət gərginləşir - “Köçəryan iqtidara gəlsə, Zəngəzur...”

Kilsə və ölkənin baş keşişi II Qaregin Ermənistan daxilində baş verənlərə hakimiyyəti ələ keçirmək üçün fürsət kimi baxır.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:

“İrəvanda mitinq keçirən Baqrat Srbazan (Qalstanyan) və Köçəryan Paşinyanı istefaya çağırır. 20 000 dramı camaata paylayıb meydana toplayan Köçəryan odla oynayır. Onsuz da kəndlər də, Zəngəzur da vaxtı gələndə sahibinə qayıdacaq. Köçəryan və ona oxşarlar hakimiyyətə gəlsə, proses daha da tezləşəcək.

Mitinqə gəlincə, hakimiyyətin səhvi insanların meydana toplanmasına imkan verməsində idi. İstisna deyil ki, Paşinyan hakimiyyəti daxilində, müəyyən qüvvələrin bilərək və ya bilməyərəkdən hadisələr haqda baş nazirə yanlış məlumat ötürmələri qərar verərkən vacib nüansın kiçildilməsi ilə nəticələnib.

II Qaregin və kilsə baş verənlərə fürsət kimi baxır. Onlar başa düşürlər ki, yaxın aylarda Nikol kilsə və Qareginlə bağlı qərarını verəcəkdi. Köçəryanın maliyyə dəstəyi ilə insanları küçəyə səsləyən keşişlər xarici qüvvələrin dəstəyindən də istifadə edirlər. İstisna deyil ki, bu dəfə kilsəyə dəstəyi həm də, bəzi müsəlman dövlətlərindəki müəyyən qruplar verirlər.

Digər tərəfdən, baş verənlər Ermənistan hakimiyyəti üçün yeni imkanlar açır. Həm siyasi elita daxilindəki satqınları, həm də müxalifətin daxili və xarici resurs mərkəzlərini, adamlarını deşifrə etmək baxımından...”.