Polis bu qəsəbələrdə əməliyyat keçirdi – 44 nəfər saxlanıldı
    • 6-07-2023, 11:29
    • 123

Polis bu qəsəbələrdə əməliyyat keçirdi – 44 nəfər saxlanıldı

Sabunçu polisi Ləhiş bağları, Maştağa, Nardaran və Ramanada çətənə kollarının kultivasiyası ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirib.

News24.az xəbər verir ki, Sabunçu rayonunda iyun ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 44 nəfər saxlanılıb.

Sabunçu rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün Ləhiş bağları, Maştağa, Nardaran və Ramana qəsəbələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib.

Nəticədə qeyd edilən ərazilərdə çətənə kollarının kultivasiyası ilə məşğul olan 7 nəfər saxlanılıb.

Bu şəxslərdən ümumilikdə 394 ədəd kultivasiya yolu ilə əkib-becərdikləri çəkisi 12 kiloqram olan çətənə kolu aşkar edilib.

Qeyd edək ki, iyun ayı ərzində Sabunçu rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rayon ərazisində həyata keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 nəfər saxlanılıb.

Həmin şəxslərin hər biri barəsində idarənin istintaq şöbəsində cinayət işi başlanılıb.

Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir

Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.