Güneldən Ebruya ikinci MESAJ
    • 6-07-2023, 13:04
    • 571

Güneldən Ebruya ikinci MESAJ

Xəbər verdiyimiz kimi, Günel Zeynalova ilə Ebru Gündəşin Şəmkirdə lüks villada baş tutan toya müğənni kimi dəvət olunması ölkədə gündəm yaradıb.

News24.az xəbər verir ki, Ebrunun iyulun 3-də baş tutan toyda Günel Zeynalova ilə eyni səhnədə olmaq istəməməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial media istifadəçiləri Ebrunun Günelin səhnə çıxışına mane olmaq istəyini qınayıblar.

Hadisə ilə bağlı dünən sosial mediada böyük bir post paylaşan Günel bütün olanlara yenidən münasibət bildirib.

"Ən təhlükəli qəzəb xeyirxah qəlbli birinin içindən doğar" sözlərini yazan sənətçinin son paylaşımı diqqət çəkib./publika.az/