-
- 6-07-2023, 16:50
- 464
Dərman bazarında monopoliya: qiymətlərin ucuz olmasına nə mane olur?
Səhiyyə Nazirliyinin sifarişi əsasında Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq. Həmçinin Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi (ikinci oxunuş) müzakirə olundu. Dəyişikliyə əsasən, Azərbaycanda dövlət qeydiyyatına alınan dərmanlar apteklərdə yenidən fərqli qiymətlərə satıla bilər.
İqtisadçı ekspert Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, Azərbaycanda təxminən 14-15 min adda dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və pərakəndə satış qiyməti eyni olur.
Onun sözlərinə görə, Tarif Şurasının qərarı ilə dərman bazarında qiymətlər formalaşıb. Tarif Şurası qiyməti artıracaqsa, əhali narazı qalacaq, azaldacaqsa, vətəndaşlarımız üçün faydalıdır.
Ekspert qeyd edib dərman bazarındakı mövcud qiymət əhalini narahat edir: “Qonşu dövlətlərlə qiymət müqayisəsi apardıqda da görürük ki, dəfələrlə böyük qiymət fərqi ortaya çıxır. Dərman bazarı nisbətən monopoliyaya meyilli bazardır. Ölkədə aptek sayı çox olsa da, bu sahədə monopoliya var. Bir neçə şirkət dərman idxal edir. Eyni zamanda Səhiyyə Nazirliyi hansı ölkələrdən dərman idxal edilməli olduğunu təsdiq etməlidir. Çünki dərman digər məhsullardan fərqli olaraq spesifikdir. Hesab edirəm ki, dərman idxalı sahəsində bürokratiya var. Amma bu, olmalıdır və heç kim etiraz etmir. Lakin dərman monopoliyası ona gətirib çıxarır ki, bir neçə şirkət öz aralarında razılaşaraq qiymət müəyyən edirlər və istədikləri qiymətə satış həyata keçirirlər. Bu isə əhali arasında narazılıq yaradır. Ona görə də bu bazarda tənzimlənməyə ehtiyac var. Hazırkı durum ürəkaçan deyil, ümid edirik ki, yeni qanun layihəsi problemləri həll etməyə yönələcək. Dərmanların keyfiyyəti, standartlara uyğunluğu, eyni zamanda qiymətlərin ədalətli tətbiqi ilə bağlı da irəliləyiş olar”.
X.Kərimli əlavə edib ki, yerli istehsalın təşkil edilməsi dərman bazarında qiymətlərin normallaşmasına səbəb ola bilər: “Azərbaycanda yerli istehsalın təşkili üçün imkanlar mövcuddur. Bunun üçün Pirallahı Sənaye Parkı var. Amma bazarda yerli istehsalın vəziyyəti çox bərbaddır. Ümumi idxala və bazarın həcminə baxsaq görərik ki, özümüz heç 2-3 faiz daxili tələbatı ödəmirik. Yerli istehsal təşkil olunsa, nə qədər çox mənbədən ölkədə dərman idxal olunsa, qiymətlər normallaşa bilər”.
Akqabay Mıradov