Cəlilabadda yol qəzası: xəsarət alanlar var - YENİLƏNİB
    • 6-07-2023, 20:12
    • 213

Cəlilabadda yol qəzası: xəsarət alanlar var - YENİLƏNİB

Cəlilabadda baş verən yol qəzasında xəsarət alanların adları bilinib.

News24.az​​​-ın məlumatına görə, xəsarət alanların hamısı Cəlilabad rayonunun Sabirabad kənd sakinləridir.

Onlar 1970-ci il təvəllüdlü Ceyran Abışova, 1963-cü il təvəllüdlü Şamil Əliyev və 1987-ci il təvəllüdlü Günay İbayevadır.

19:23

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

News24.az​​​-ın məlumatına görə, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.

Belə ki, avtomobil qəzası nəticəsində 3 nəfər xəsarət alıb. Onlar rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.