Ərdoğan İnam Kərimovu qəbul edib - FOTO
    • 6-07-2023, 22:45
    • 193

Ərdoğan İnam Kərimovu qəbul edib - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

News24.az​​​ xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviter hesabında yazıb.

O qeyd edib ki, İnam Kərimov həmçinin Türkiyənin Ali Apellyasiya Məhkəməsinin sədri Mehmet Akarca və ədliyyə naziri Yılmaz Tuncla da görüşüb.