-
- 12-05-2024, 10:00
- 243
Kral oğlu ilə görüşmədi
Bu yaxınlarda İngiltərəyə yollanan şahzadə Harri "Invictus Games"in 10 illiyi ilə bağlı tədbirə qatılıb.
News24.az axşam.az-a istinadən bildirir ki, səfər zamanı Harri ailəsini, xüsusən də xərçəng xəstəsi olan III Çarlzı görməyi planlaşdırıb. Lakin monarx gözlənilmədən iş qrafikini əsas gətirərək oğlu ilə görüşməkdən imtina edib.
"Daily Mail"in məlumatına görə, səfər bir neçə ay əvvəldən planlaşdırılıb. Lakin saray əyanları şahzadənin kralla görüş xahiş etdiyindən xəbərsiz olduqlarını deyiblər. Harri müqəddəs Pyotr Katedralına gedib, amma həmin vaxt atası Bukingemdəki bağ şənliyində əylənirmiş.
Ata və oğul bir-birindən cəmi bir neçə kilometr məsafədə olsalar da, bir-birlərini görməyə vaxt tapmayıblar. Lakin ertəsi gün III Çarlz xeyriyyə fondunu müzakirə etmək üçün Devid Bekhemlə görüşüb.