-
- 12-05-2024, 08:26
- 381
İrəvan-Moskva reysində HƏYƏCAN: sərnişin qapını açmağa çalışdı
İrəvandan Moskvaya uçan Ural Hava Yollarına məxsus təyyarənin göyərtəsində sərnişinlərdən biri uçuş zamanı qapını açmağa cəhd edib.
News24.az KONKRET.az-a istinadən xəbər verir ki, şahidlərin dediyinə görə, vəziyyət havaya qalxma anında baş verib. Təyyarənin arxa hissəsində olan sərnişinlərdən biri əvvəlcə stüardessanı itələyib, daha sonra isə təcili çıxışa gedərək qapını açmağa çalışıb.
Onun qarşısını digər sərnişin alıb. O, heyətə həmin şəxsin hərəkətinin qarşısını almaqda kömək edib.
Təyyarə yerə endikdən sonra polis xaosa səbəb olan şəxsi saxlayıb və hadisə ilə bağlı araşdırmaya başlayıb.