QH-nin Nazirlər Toplantısı öz işini başa vurdu
    • 6-07-2023, 22:55
    • 158

QH-nin Nazirlər Toplantısı öz işini başa vurdu

Azərbaycanda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun Nazirlər Toplantısı öz işini uğurla başa vurub.

News24.az​​​ xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi tviter hesabında məlumat yayıb.

Geniş müzakirələr və qətiyyətli səylər nəticəsində iclasda konsensus əsasında aşağıdakı mühüm sənədlər qəbul edilib:

- Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi,

- Yekun sənəd,

- Bakı Bəyannaməsi,

- Ev sahibi olan ölkəyə təşəkkür məktubu,

- 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə.