-
- 11-05-2024, 11:26
- 622
Hizbullah İsrailin hərbi obyektlərini vurdu
Hizbullah İsrailin hərbi bölgəsini vurduğunu açıqlayıb.
News24.az Livanın Milli Xəbər Agentliyinə istinadən xəbər verir ki, Hizbullah ötən gecə İsrailin Livan sərhədi yaxınlığındakı Ramia hərbi bölgəsinə idarə olunan raket və artilleriya atəşi açıb və onu birbaşa vurub.
İsrail ordusundan hələlik heç bir açıqlama verilməyib.
Hücum İsrail ordusunun dünən Livanın cənub şəhərlərini hədəf almasından sonra həyata keçirilib.
Livan hərbi mənbələrinin məlumatına görə, İsrailin dünənki hücumlarından biri Livanın Tayr Harfa bölgəsindəki mobil telefon ötürmə obyektinə dəyib. Hizbullaha yaxın bir tibb işçisi və bir elektrik texniki işçisi həlak olub.
Mənbələrin bildirdiyinə görə, İsrailin növbəti hücumu ölkənin cənubundakı Yarine kəndində bir evi hədəf alıb. Burada bir Hizbullah üzvünün öldürüldüyü və bir mülki vətəndaşın yaralandığı bildirilib.
Günel Məlikzadə