Şirvanda yol qəzası olub, xəsarət alanlar var
    • 6-07-2023, 23:10
    • 430

Şirvanda yol qəzası olub, xəsarət alanlar var

Şirvan rayonunda yol qəzası olub, xəsarət alanlar var.

News24.az​​​-ın məlumatına görə, hadisə Şirvan şəhərində şadlıq saraylarıdan birinin yaxınlığında qeydə alınıb.

Yol qəzası zamanı Hacıqabul rayonunun Muğan kəndinin sakini, 1986-cı il təvəllüdlü Umudov Emin Mehdi oğlu və Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Abbasov Səbuhi Gülməmməd oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.