Salyanda yol qəzası olub, xəsarət alanlar var
    • 20-04-2022, 20:22
    • 360

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Salyanda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Hadisə köhnə Ələt-Astara magistralının şəhər “MTS” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədov Ramil Əhməd oğlu idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçmək istəyən Salyan şəhər sakini, 1962-ci il təvəllüdlü Hüseynov Azad Habil oğlunu vurub.

Hadisə zamanı sürücü və piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.  /Report.az/