-
- 7-07-2023, 11:36
- 375
Əli İnsanovun partiyası dağılır: HƏP-dən istefalar başladı
Sabiq səhiyyə naziri, HƏP partiyasının sədri Əli İnsanovun təşkilatında təlatümlər başlayıb.
Belə ki, təşkilatın idarə heyətinin üzvü Murad Bayramoğlu özünün Facebook səhifəsində partiyadan getdiyini və özü ilə bərabər HƏP-in Culfa, Abşeron təşkilatlarından yüzlərlə üzvünün çıxmasını bəyan edib.
Onun istefa bəyanatı milli azadlıq hərəkatının lideri Elçibəyin portretinin fonunda özünün fotosunu ilə müşayiət olunub. Sitat:"Dəyərli dostlar, uzun zamandır mənim üçün çətin olan bir seçim qarşısında qalmışdım. Nəhayət ki, secimimi edərək yaranmasının ilk günündən canla - başla əmək verdiyim HƏP-in İdarə Heyətinin üzvlüyündən, HƏP Abşeron rayon təşkilatının sədirliyindən, o cümlədən HƏP-in üzvülüyündən ayrılıram. Səbəb siyasi baxışlarımızın fərqliliyidir".
Daha sonra Murad Bayramoğlu tərəfdarlarının da bu partiyanı tərk etdiyini yazır. Sitat: "HƏP Abşeron təşkilatının bütün üzvləri (452 nəfər) 06.07.2023 -cü il tarixdə, Culfa rayon təşkilatının 120 üzvü - (toplam 572 üzv) imzalarını geri götürməklə, partiyadan istefa verib. Hər birinə mənə dəyər verdikləri üçün minnətdaram, uğurlar arzulayıram".
Musavat.com bildirir ki, Haqq Ədalət Partiyası M.Bayramoğlunun istefasını təsdiqləyib. Partiyanın yaydığı kiçik məlumatda biıdirilir: "2023-cü il iyulun 6 - da Haqq Ədalət Partiyasının İdarə Heyəti Bayramoğlu Muradı öz razılığı ilə partiya sıralarından xaric etmişdir".
Musavat.com bu məqamda yada salır ki, son vaxtlar Azərbaycanda 31 partiya özünü buraxdığını elan edib. Yerdə qalan partiyalar isə 5 min həcmdə üzv saylarını, onların telefon nömrə və başqa göstəricilərini 11 iyula qədər Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Əks halda onların da fəaliyyəti qanunsuz sayılacaq. HƏP-dəki bu istefalar İnsanovun təşkilatının qeydiyyatına problem yarada bilər. /Musavat.com/