-
- 7-07-2023, 12:39
- 318
Araik Bakıya xəbər göndərdi: bu ölkəyə qaçacaq... – Türk general
Qarabağdakı separatçılarıən “başçısı” Araik Arutyunyan rəsmi Bakı ilə danışıqlara hazır olduğunu bildirib. Lakin bunun üçün şərt irəli sürüb. O təklif edib ki, mümkün dialoq Birləşmiş Ştatların deyil, Rusiyanın vasitəçiliyi ilə həyata keçirilsin.
ABŞ “Qarabağ erməniləri Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər” dedikdən, bölgədə separatizmə yer olmadığını açıq şəkildə bəyan etdikdən sonra Araikin bu şərti irəli sürməkdə məqsədi nədir?
Mövzu ilə bağlı News24.az-a danışan istefada olan general-mayor Yücel Karuz qeyd edib ki, Azərbaycanın danışıqlar üçün masaya oturacağı həmsöhbəti əliqanlı qatil Araik deyil.
“Vaşinqton görüşündə əldə edilən irəliləyişlər, Azərbaycan torpaqlarında ermənilərin artıq sülh istəmələri, Ali Baş Komandanın uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində küncə sıxışıblar. Səslərini heç kimin eşitmədiklərini görüb saman çöpündən yapışıblar. Nəticə etibarilə bu çağırış, Paşinyan və hökumətin qərbyönlü siyasətə meyillənməsi, sanki şahmat oyununda Rusiyaya “məni xilas et” deyə yalvaracaq və Rusiyanın mənfəətlərinə xidmət edəcək. Baş separatçının rusların vasitəçiliyini təklif etməsi onların çətinliklərlə üzləşdiklərinin göstəricisidir. Onlar Xankəndidə çıxılmaz vəziyyətə düşdüklərini bilirlər. Dərk etməlidirlər ki, silahlı dəstələr Azərbaycan ərazilərindən çıxarılmalı, terror törədənlər isə beynəlxalq məhkəmədə cavab verməlidir”.
Y.Karauz qeyd edib ki, yaxın zamanda Arutyunyanın Rusiyaya qaçması da gözləniləndir: “O dərk edir ki, sülh sazişinin imzalanması yaxındır. Bu səbəbdən də etdiklərinə görə cavab verəcək. Belə bir məqamda ABŞ-dən mədət ummağın faydasız olacağını bilir”.
Generalın sözlərinə görə, onun bu çağırışı Paşinyan hökumətini çətin vəziyyətdə qoymaq, təzyiq göstərmək və sülh prosesini mümkün qədər uzatmaq məqsədi daşıyır.
“Azərbaycanın hər zamanki kimi mövqeyi bəllidir: vasitəçi olmadan öz vətəndaşları ilə təmas qurur və ermənilərin reinteqrasiyasını həyata keçirir. Onlar artıq Bakının antiterror əməliyyatına başlayacağı haqqında təsəvvürə malikdirlər. Dərk edirlər ki, beynəlxalq ictimaiyyət də bu məsələdə haqlı olan Azərbaycanın yanında olacaq. Separatçılar ya Bakının şərtini qəbul edəcəklər, ya da antiterror əməliyyatı ilə məhv ediləcəklər”, - deyə Karauz yekunlaşdırıb.
Arzu