-
- 7-07-2023, 14:32
- 848
Metroda köhnə qatarlara niyə kondisioner quraşdırılmır? - "30 il..." - AÇIQLAMA
Hər yay “Bakı Metropoliteni”nin vaqonlarında kondisioner sisteminin olmaması və ya tam çalışmaması ilə bağlı narazılıqlar aktuallaşır. Xüsusilə, köhnə vaqonlarda kondisionerin olmaması vəziyyəti daha da qəlizləşdirir.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov News24.az-a danışıb.
Bildirib ki, metropoliten xətlərində fəaliyyət göstərən qatarların hər birinin texniki istismar müddəti var: "Köhnə qatarlar 31 il xəttə olmalıdır. Onların istismar müddəti başa çatdıqdan sonra xəttən çıxarılması metropolitenin əməl etdiyi məsələlərdən biridir. Hazırda metropolitendə fəaliyyət göstərən qatarların hər biri istismara yararlıdır. Onların dəyişdirilməsi zamanı kondisionerli qatarlarla əvəz edilməsi mütləq şərtlərdən biridir. 2016-cı ildən bugünə qədər yalnız kondisionerli qatarlar alınır. Bakı metropolitenində yeni qatarların sayı 23-dür. Bu qatarlar texniki baxış, xidmət və təmir halları istisna olmaqla bütün hallarda xəttə olurlar. Yeni qatarların qəsdən saxlanılması və ya istifadə olunmamasından söhbət belə gedə bilməz. Ona görə ki, bu qatarların istismar müddəti 30 ildir. Qatarların işlək vəziyyətdə olması metropolitenə daha çox sərf edir, nəinki dayanması. Gələcəkdə də onların tələbata uyğun olaraq odəyişdirilməsi ilə bağlı işlər aparılır".
Köhnə qatarların hansısa formada kondisioner sistemi ilə təchiz edilməsi fikrinə metronun sözçüsü belə cavab verib: "Bu istiqamətdə araşdırma aparılıb. Metropoliten köhnə nəsil qatarlarda modernləşdirilmə işlərini aparır. Yeni qatarlarda olan sistemləri köhnə qatarlarda təchiz etmək mümkündür. İstisna hal kondisioner sistemidir. Mikroiqlim nəzarəti sisteminin köhnə nəsil qatarlarda quraşdırılması texniki cəhətdən qeyri-mümkündür. 2014-dü cü ildən bu günə qədər araşdırılma aparılır. Ancaq araşdırılma dayandırılmayıb. Çünki yeni texnologiyalar elə həddə gəlib çata bilər ki, artıq bu prosesi reallaşdırmaq mümkün olar.
Sadə dillə desək, bir vaqonda kondisioneri quraşdırmaq üçün soyuducu çənlər nəzərə alınmalıdır. Vaqonun iki hissəsində təxminən 400 litrlik çənlər olmalıdır. Onların hava kanallarının çəkilməsi, qatarın hermetikliyi, elektrik, pnevmatik sistemlərin quraşdırılması yeni qatarların alınmasına bərabər prosesdir".
Məhərrəm Əliyev