Bakı metropolitenində qatarların sayı 23-ə çatıb
    • 5-11-2022, 14:26
    • 214

Bakı metropolitenində qatarların sayı 23-ə çatıb

Bakı metrosunun bu il üçün gətirilməsi nəzərdə tutulan 2 yeni qatar artıq "Bakı Metropoliteni"nin deposundadır.

News24.az "APA"-ya istinadən verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bununla da Bakı metropolitenində yeni qatarların sayı 23, vaqonların sayı 115 ədəd olub. Qatarlar sazlama və sınaq işlərindən sonra ilin sonunadək xəttə buraxılacaq.