-
- 7-07-2023, 15:47
- 669
Rublun ucuzlaşması Azərbaycana necə təsir edəcək? - ŞƏRH
Rusiya rublu sanksiyalar səbəbindən son iki ayda dollara nisbətən 14 % ucuzlaşıb. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyor olduğundan rublun manata nisbətən dəyər itirməsi ölkəmizə ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına səbəb olur.
İqtisadçı Rəşad Həsənov News24.az-a açıqlamasında bildirib ki, qeyri-neft ixracı sahəsinin Rusiyada yaranmış mövcud situasiya ilə bağlı çətinlikləri daha da dərinləşəcək. Ehtimal ki, Azərbaycan hazırda bu vəziyyətin daha da kəskinləşməsi ilə üz-üzə qalır.
R.Həsənov qeyd edib ki, Rusiya rublunun dəyərsizləşməsi alıcılıq gücünü aşağı salır:
“Ona görə ki, rublun dəyərsizləşməsi növbətə mərhələdə inflyasiya ilə nəticələnir. Bu da əhalinin alıcılıq gücünə mənfi təsir göstərir. Nəticədə məhsula tələb azalır və idxal olunan məhsulların qiymətinin aşağı düşməsinə gətirib çıxarır. Azərbaycan bu bazarda müəyyən qədər çətinliklərlə üzləşir. Rusiyaya ixrac olunan iri məhsulların strukturu olduqca önəmlidir. Ölkəmizdən Rusiyaya ixrac olunan məhsulların əhəmiyyətli hissəsi daha çox meyvə-tərəvəz və ərzaq strukturlu məhsullar olduğu üçün onlara tələb aşağı düşsə də, məhsulların əvəzedicisi az olduğuna görə, burada təsirlər digər sahələrlə müqayisədə bir o qədər hiss olunmur. Lakin bunu da nəzərə almaq lazımdır ki, Azərbaycan manatının sabit qalması və digər ölkələrin valyutasına, məsələn, Türkiyə lirəsinə münasibətdə real effektiv məzənnənin yüksəlməsi Türkiyədən Rusiyaya ixrac olunan məhsullara nisbətdə Azərbaycan məhsullarının daha da bahalaşması ilə nəticələnir. Bu da öz növbəsində mənfi təsir göstərir. Digər xarici ticarət tərəfdaşlarına münasibətdə də bənzər mövqe ortaya qoymaq olar”.
Qeyd edək ki, tədiyə balansında profsit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin ilk 5 ayında 5.1% möhkəmləndirib. Tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Bu baxımdan da, ixracatın strukturunun keyfiyyət baxımdan daha da təkmilləşdirilməsi vacibdir.
Məlum olduğu kimi, son bir ayda region valyutaları dəyər itirməkdə davam edir. Faiz göstəricilərinə əsasən, Türkiyə lirəsi 18.7 % olmaqla birinci yerdədir. Bu səbəbdən hazırki situasiya ilə bağlı olaraq qardaş ölkədə inflyasiya ilə mübarizə başlıca hədəf olaraq qalır. Rusiya rublu 5.9 faiz, Gürcüstan larisi 3.1 faiz, Qazaxıstan təngəsi isə 1.2 faiz ucuzlaşıb. ABŞ pulunun qlobal bazarda güclənməsi region valyutalarına təsirsiz ötüşmür. Beynəlxalq hesablaşmalarda ABŞ dollarının payı 42,71%-ə yüksəlib ki, bu da son 2 ilin ən yüksək səviyyəsidir. Region valyutalarının ucuzlaşması fonunda istehlak bazarlarında da qiymət artımları müşahidə olunur.
Bəs, qonşu ölkələrin valyuta bazarlarında baş verənlər manatın məzənnəsinə necə təsir edir?
İqtisadçının sözlərinə görə, hazırki şərtlər daxilində Azərbaycan məzənnəsinin formalaşdırılması siyasətində qonşu ölkələrin valyutalarının dəyəri əsas faktor deyil: “Hazırda Azərbaycan manatının sabit məzənnə siyasətinin davam etdirilməsi istiqamətində addımlar atılır. 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasında, həmçinin, dövlət büdcəsinin həmin illərdəki layihəsində manatın məzənnəsi 1.70 azn olaraq götürülür. Mərkəzi Bankın bugünki şərltər daxilində verdiyi mesajlar onu göstərir ki, bu məzənnə siyasətinin davam etdirilməsinə çalışılacaq. İnflyasiya təzyiqləri normanın üzərindədir və bu il bunun ikirəqəmli olması ehtimalı olduqca yüksəkdir. Amma inflyasiya istiqamətində də yaranmış risklər də müəyyən qədər neytrallaşdırılır. Xüsusilə də qeyri-neft iqtisadiyyatının zəif şaxələnməsi, inkişaf potensialının zəif olması kimi məqamları nəzərə alaraq hökumət hazırda daha çox sosial məqamlara diqqət yetirir. Bu baxımdan da “Pros and cons”a baxanda mövcud şərtlər daxilində, eyni zamanda neftin qiymətinin dəstəyi ilə hökumət bu məzənnə siyasətini davam etdirəcək”.
Arzu