Xaçmazda avtomobil at sürən kişini vuraraq öldürdü
    • 7-07-2023, 15:49
    • 205

Xaçmazda avtomobil at sürən kişini vuraraq öldürdü

Xaçmaz rayonunda avtomobil at sürən kişini vuraraq öldürüb.

News24.az-ın xəbərinə görə, hadisə Xudat-Nabran avtomobil yolunun rayonun Muxtadır kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "Nissan" markalı minik avtomobili hərəkətdə olarkən at sürən, 1985-ci il təvəllüdlü Bayramov Bəhruz Rəsul oğlunu vurub. Nəticədə yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.