Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
    • 4-01-2023, 20:30
    • 196

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Rayonun Qaradağlı kənd sakini, 1967-ci il təvəllüdlü Neymətov Ziyad Baba oğlu yolu keçərkən "VAZ-2108" markalı minik avtomobili onu vurub.

Yaralı hadisə yerində dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. /Report/