Xaçmazda yol qəzası olub, ölən var
    • 17-07-2022, 20:30
    • 320

Xaçmazda yol qəzası olub, ölən var

Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Xudat-Nabran avtomobil yolunun İstisu qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1963-cü il təvəllüdlü Səlimov Həmdulla Həmid oğluna məxsus “SEAT ibiza” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza nəticəsində H.Səlimov ölüb.

Faktla bağlı araşdırma aparılır. /Report/