-
- 7-07-2023, 17:49
- 351
Ruslar bayrağımıza niyə hücum etdi? - Zaxarovanın bu çıxışından bir gün sonra...
“Rus hərbçilərinin Laçındakı körpüdə ucaldılmış Azərbaycan bayrağının dirəklə bir yerdə qopardılaraq aşırdılması Kremlin ölkəmizə qarşı növbəti təxribatıdır”.
News24.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın iyulun 6-da verdiyi açıqlamanı xatırladıb: “Zaxarova bunları demişdi: “Moskva Laçın dəhlizinin blokadaya alınmasından son dərəcə narahatdır. Bu, üçtərəfli razılaşmalara ziddir. Rusiya sülhməramlıları vəziyyətə yerdəki proseslərə uyğun və üçtərəfli bəyanatlar çərçivəsində reaksiya verəcək”. “Verdikləri reaksiya” bayraq dirəyimizin sökülməsi oldu. Zaxarovanın açıqlamasından bir gün sonra bayraq dirəyimizin aşırdılması görüntüsünün yayılması tapşırığının Kremldən gəldiyini ehtimal etmək olar”.
E.Şahinoğlu bildirib ki, Rusiya bayraq dirəyimizi sökməklə dövlət simvolumuza hörmətsizlik etməklə yanaşı, Azərbaycanın öz ərazisində qayda-qanun yaratmaq hüququna qarşı da çıxmış oldu: “Rusiya Azərbaycanın Qarabağın tamamına nəzarəti bərpa etməsinə mane olmağa çalışır. Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi bu təxribata bəyanatla cavab verməli, Rusiyanın ölkəmizdəki səfiri XİN-ə çağrılaraq ona etiraz bildirilməlidir”.
Qeyd edək ki, Rusiya sülhməramlıları "Laçın" postunda, Həkəri körpüsündə ucaldılan Azərbaycan Bayrağının asıldığı dirəyi aşırıblar. İnsidentdən sonra ərazidə Azərbaycan Bayrağının yenidən qaldırıldığı bildirilib. İnsidenti əks etdirən görüntülər 15 iyun 2023-cü il tarixdə qeydə alınıb. Həmin gün Laçın buraxılış keçid məntəqəsində insdent baş vermişdi. Ermənilər Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərinə atəş açmışdı. Nəticədə hərbçimiz yaralanmışdı.
Akqabay