Bakı və İrəvan razılıq verdi, bundan sonra... – Zaxarova ELAN ETDİ
    • 3-05-2023, 14:31
    • 313

Bakı və İrəvan razılıq verdi, bundan sonra... – Zaxarova ELAN ETDİ

Bakı və İrəvan Rusiyada danışıqların keçirilməsinə razılıq verib.

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bəyan edib ki, rəsmi Moskva Azərbaycan və Rusiya Federasiyası liderlərinin 2020-ci ildən 2022-ci ilə qədər qəbul edilmiş üçtərəfli bəyanatlara sadiqdir. 

Onun sözlərinə görə, Vaşinqtonda danışıqlar Rusiyanın iştirakı olmadan gedir, ona görə də proses iştirakçılarından soruşmaq lazımdır: “Yəqin ki, görüşdən sonra bəyanatlar verildikdə və tərəflər çıxış edəndə rəy formalaşdırmaq mümkün olacaq və ola bilsin ki, bu, şərh vermək hüququ verəcək. Amma bu, sonra olacaq”.

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskva görüşünün perspektivlərinə gəlincə, Zaxarova bu barədə əvvəllər də danışdığını xatırladıb və üçtərəfli danışıqların vaxtını açaqlayacağını söyləyib. “İrəvan və Bakı hazır olduqlarını təsdiqləyiblər. Tarixlər daha sonra açıqlanacaq”, - o qeyd edib.

Turan