-
- 7-07-2023, 18:06
- 602
Məktəbli formalarında dəyişiklik olacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib.
Valideynləri düşündürən məsələlərdən biri də odur ki, məktəbli formalarında dəyişiklik olacaqmı?
"Bakı Tikiş Evi" (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov məsələ ilə bağlı News24.az-a danışıb.
O qeyd edib ki, Nazirlər kabinetinin qərarına əsasən, bir rəngdən 3 il müddətinə istifadə etmək mümkün olacaq: "Geyim formalarının 4 rəngdə nümunəsi təklif olunub. Rəng seçimini məktəb edəcək. Ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər. Yəni, 3 il müddətinə həmin formalardan istifadə ilə bağlı hansısa məhdudiyyət olmayacaq. Məktəbli formalarında isə bir dəyişiklik gözlənilmir".
Nərmin Murad