Məktəbli formalarında dəyişiklik olacaqmı? - Təhsil Nazirliyi AÇIQLADI
    • 27-08-2021, 11:54
    • 462

Məktəbli formalarında dəyişiklik olacaqmı? - Təhsil Nazirliyi AÇIQLADI

Azərbaycan ümumtəhsil müəssisələrində yeni tədris müddətinə sayılı günlər qalıb. Valideynlərin isə beynində qaranlıq olan bir neçə sual var. Onlardan biri də məktəbli formalarında dəyişikliyin olub-olmamasıdır. 

Təhsil Nazirliyinin mətbuat xidməti məsələ ilə bağlı News24.az-ın sorğusunu belə cavablayıb: 

“Yeni vahid məktəbli forması üçün geyim təsvirləri hələ təsdiqlənmədiyindən şagirdlər 2021-2022-ci tədris ilində əvvəl geyindikləri formanı geyinə bilərlər”.