Azərbaycan millisi Bakıda italyanlara uduzdu
    • 7-07-2023, 21:14
    • 217

Azərbaycan millisi Bakıda italyanlara uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

News24.az​​​ xəbər verir ki, yığma İtaliya kollektivi ilə üz-üzə gəlib. "Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında oynanılan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qrupun digər matçında Moldova Estoniyanı məğlub edib - 6:2.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Moldovaya 2:3, ikinci görüşündə Estoniyaya 3:7 hesabı ilə uduzub.