Avropa Oyunları: Azərbaycanın yığması Ukraynaya qalib gəlib
    • 30-06-2023, 17:51
    • 203

Avropa Oyunları: Azərbaycanın yığması Ukraynaya qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti matçını keçirib.

News24.az​​​-ın məlumatına görə, 5-8-ci yerlər uğrunda görüşdə Ukrayna seçməsi ilə qarşılaşan yığma 7:6 hesablı qələbə qazanıb. Komandanın heyətində qolları Amid Nəzərov (3), Elşad Manafov (2), Orxan Məmmədov və İsa Zeynallı vurublar.

Qeyd edək ki, Azərbaycan iyulun 1-də Moldova ilə 5-ci yer uğrunda matça çıxacaq.