Şəmkirdə kişi həyat yoldaşını tüfənglə yaralayıb
    • 7-07-2023, 22:08
    • 456

Şəmkirdə kişi həyat yoldaşını tüfənglə yaralayıb

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini olan bir qadının odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov ​News24.az​​​-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı hadisəni qadının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Əfsun Əhmədovun ov tüfəngi ilə yaralaması məlum olub.

Yaralı xəstəxanaya yerləşdirilib, cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.