Ukraynanın NATO-ya üzv olmaq istəyinə Baydendən REAKSİYA
    • 8-07-2023, 13:06
    • 295

Ukraynanın NATO-ya üzv olmaq istəyinə Baydendən REAKSİYA

Ukraynanın NATO-ya üzv olması hələ tezdir, çünki hazırda Rusiya ilə müharibə aparır. 

News24.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden CNN kanalına müsahibəsində deyib.

O, bildirib ki, ABŞ və onun NATO müttəfiqləri Zelenskiyə yardım göstərməyə davam edəcəklər.

“Düşünmürəm ki, NATO Ukraynanı indi, müharibənin qızğın vaxtında NATO ailəsinə qəbul etsin. Əgər belə olsa, NATO ərazisi sayılan ərazinin hər santimetrinə görə məsuliyyət daşımalıdır. Bu, nə olursa olsun, öhdəlikdir. Hazırda münaqişələr gedirsə, deməli hamımız müharibə vəziyyətindəyik. Əgər Ukrayna üzv olsa, Rusiyaya qarşı müharibə vəziyyətində olacağıq”.

Arzu