Beyninə qan sızan məşhur qapıçının son durumu açıqlanıb
    • 8-07-2023, 16:17
    • 210

Beyninə qan sızan məşhur qapıçının son durumu açıqlanıb

İyunun 7-də xəstəxanaya yerləşdirilən Niderland millisi və "Ayaks"ın sabiq qapıçısı Edvin van der Sarın son durumu açıqlanıb.

News24.az​​​ klubun rəsmi saytına istinadən xəbər verir ki, reanimasiyada olan veteran qapıçının vəziyyəti sabit qiymətləndirilib. Lakin hələ də müəyyən narahatlığın olduğu bildirilib.

Amsterdam təmsilçisi məlumatı keçmiş qapıçının həyat yoldaşı Annemari van der Sarın adından yayıb.

Qeyd edək ki, Edvin van der Sar beyninə qan sızdığı üçün xəstəxanaya yerləşdirilib.