ABŞ-da təyyarə qəzaya uğradı, 6 nəfər öldü
    • 8-07-2023, 21:58
    • 191

ABŞ-da təyyarə qəzaya uğradı, 6 nəfər öldü

ABŞ-da “Cessna” şəxsi təyyarəsi San Dieqo yaxınlığında qəzaya uğrayıb.

News24.az xəbər verir ki, təyyarədə olan 6 nəfərin hamısı qəza yerində ölü tapılıb.

Təyyarə Las-Veqas hava limanından havaya qalxıb, San Dieqodan yüz kilometr aralıda əkin sahəsinə düşüb.