-
- 9-07-2023, 00:25
- 341
Zelenski Milli Qvardiyaya yeni komandan təyin edib
Ukrayna Prezidenti Volodimir Zelenski Oleksandr Pivnenkonu Milli Qvardiyanın komandanı təyin edib.
News24.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı “Azov” komandirləri ilə birlikdə Türkiyədən qayıtdıqdan sonra Lvovda açıqlama verib.
“İndi aramızda Ukrayna Qəhrəmanı, Milli Qvardiyanın qüdrətli döyüşçüsü, hərbi zabit, Rusiya işğalçılarına qarşı, xüsusən də Baxmut uğrunda döyüşlərdə fərqlənmiş Ukrayna Qəhrəmanı Aleksandr Pivnenko var. Mən Ukrayna Qəhrəmanı Oleksandr Pivnenkonu Ukrayna Milli Qvardiyasının komandanı təyin etmişəm”, - ölkə başçısı diqqətə çatdırıb.
Prezident Milli Qvardiyanın yeni başçısına bütün Ukrayna torpaqlarının azad edilməsini, bütün ukraynalıların qayıtmasını, həmçinin arzuolunan qələbəni diləyib.
Bundan əlavə, dövlət başçısı Ukrayna hərbçilərini dövlət mükafatları ilə təltif edib.